Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Milli qurtuluş günü şəhərimizdə qeyd edilib

15 iyun Milli Qurtuluş günü münasibəti ilə Mingəçevir şəhərində silsilə tədbirlər keçirilib. Əsaslı şəkildə yenidən qurulan Füzuli adına parkın açılış mərasimində yüzlərlə şəhər sakini iştirak edib. Parkla tanışlıqdan məmnun qalan mingəçevirlilər bayram günündə ikiqat sevinc hissi keçirib, qayğıya görə  şəhər icra hakimiyyətinə və ölkə başçısına minnətdarlıq ediblər.

Daha sonra Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzülüb.                                                   Tədbir şəhərdəki Heydər Əliyev Mərkəzində davam edib. İcra Hakimiyyəti  ilə YAP şəhər təşkilatı “15 iyun 1993-cü il milli qurtuluş tariximizin başlanğıcı” adlı konfras keçirib. Əvvəlcə  cəmiyyətimizdə baş verən  hadisələri  əks erdirən  film nümayiş olunub.

Konfransı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 15 İyun – Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən danışıb, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizin xaos, anarxiya, vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas olunduğunu qeyd edib. Natiq çıxışında bu gün Azərbaycanın bütün dünyada sayılan, seçilən, regionda lider olan demokratik, dünyəvi bir dövlət kimi tanındığını bildirməklə, ölkəmizin iqtisadı inkişafına görə dünyanın qabaqcıl ölkələri sırasında olduğunu, Azərbaycanın Heydər Əliyev məktəbinin layiqli yetirməsi və ulu öndərin davamçısı İlham Əliyevin rəhbərliyi altında uğurla, inamla, sürətlə işıqlı gələcəyə doğru irəlilədiyini vurğulayıb.

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Ulu öndər Heydər Əliyevin1993-cü ilin 15 iyununda siyasi hakimiyyətə qayıdışının tarixi zərurrəti”, MDU-nin texniki fəlsəfə doktoru Vüqar Mustafayev “Tarixi şəxsiyyət Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir”, Tələbə Poliklinikasının baş həkimi Nurcamal Məmmədova “Müasir, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir”, Texniki-Humanitar liseyin tədris işləri üzrə direktor müavini Aytən Mehdiyeva “Azərbaycanın müasir dövrdə əldə etdiyi nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan siyasi xəttin uğurlu davamının nəticəsidir” mövzusunda məruzələr ediblər.

Yekunda şəhərin ictimai-siyasi həyatında fəal iştirakına və görə Məmmədov Ələm Rza oğlu və  İspəndiyarov Şahverdi Fərhad oğlu İcra Hakimiyyətinin fəxri fərmanına layiq görülüb.

Şərhlər bağlıdır.