Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Möhtəşəm üçrəngli Dövlət Bayrağımız meydana gətirildi

303

Mingəçevirdə noyabrın 9-da Bayraq günü maraqlı anlarla  yadda qalıb. Gənclərin,  ictimaiyyət fəallarının iştirakı ilə Heydər Əliyevmeydanından Bayraq Meydanınadək yürüş keçirilib. Yürüşün sonunda eni 7, uzunluğu 14 metr olan möhtəşəm üçrəngli Dövlət Bayrağımız meydana gətirilib. Şəhərin idmançıları yürüş boyu  bayrağı başlar üzərində daşıyıblar. Əli bayraqlı digər həmyaşıdları onları müşayiət edib.
Bayraq meydanında Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra Uşaq Gənclər İnkişaf Mərkəzinin istedadlı yetirmələri rəngarəng bayram proqramı ilə çıxış ediblər.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının, eyni zamanda başqa təşkilatların rəhbərləri və kollektivləri  iştirak ediblər.

Şərhlər bağlıdır.