Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Möhtəşəmliyi ilə yaddaşlarda iz qoyan “Qəlblərin harmoniyası-2” adlı Azərbaycan milli və dünya rəqsləri festivalı keçirilib

 

Rejissor və təşkilatçı Davud Qədiroğlunun təşkilatçılığı ilə 20 dekabrda Bakı Gənclər Mərkəzində “Qəlblərin harmoniyası-2” adlı Azərbaycan milli və dünya rəqsləri festivalı keçirildi.

Tədbir çərçivəsində Bakıda fəaliyyət göstərən uşaq və gənclərin rəqs kollektivlərinin iştirakı ilə müxtəlif rəqs kompozisiyaları təqdim olundu.

Festivalın əsas məqsədi sosial müxtəlifliyə baxmayaraq gənc nəslin aktiv fəaliyyəti üçün münbit şəraitin yaradılması, uşaq və gənclərin gələcəyə daha güvənli hazırlanmasıdır. Uşaq və yeniyetmələrin yaradıclıq potensialının üzə çıxarılması “Qəlblərin harmoniyası” komandası üçün prioritet məsələlərdəndir.

Dostluğun, sülhün, əmin – amanlığın, əməkdaşlığın formalaşması səhnədə əyani şəkildə nümayiş olunur. Festivalda uşaq və yeniyetmələrin yaradıcılıq potensialının üzə çıxarılması, stimullaşdırılması rəqsin həyatımızdakı mühüm rolu tamaşaçılara təqdim olunur.

Rəqsin insanlar arasında emosional özünü ifadə forması olmasına diqqət çəkmək “Qəlblərin harmoniyası”nın əsas devizidir. Bu festival sayca 2-ci olsa da artıq ənənə halını almış, tamaşaçıların, xüsusilə də valideynlərin maraq və diqqətinə səbəb olmuşdur.

Məhz bu səbəbdən rəqs sahəsində tanınan və sevilən münsiflər məqsədəuyğun, planlı iş apararaq doğru qiymətləndirmə missiyasını yerinə yetirmişlər. Münsiflər heyəti tərkibində Əməkdar artistlər Nisəxanım Rəhimova, Elnur Süleymanov, Rəqqas-Pedaqoqlar Səbinə İsmayılova, Natiq Dadaşov, Səbinə Qasımova, zərb alətləri üzrə Pedaqoq-musiqiçi Cəfər Həsənov təşkil edir.


Festivalda iştirak edən Rəqs kollektivlərini Elegant orkestro öz canlı ifaları müşayiət edir. Müğənnilərin fərqli ifaları isə Rəqs festivalına, xüsusilə də balaca Rəqqaslara motivasiya oldu. Tədbirin sonunda ifası ilə fərqlənən gənc Rəqqaslar diplom və sertifikatlarla mükafatlandırıldı.

Şərhlər bağlıdır.