Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xalq yazıçısı Əzizə Cəfərzadəyə həsr olunmuş dəyirmi masa

93

2022-ci ilin 2 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib. Yazıçının oğlu Turan İbrahimov tədbirin qonağı olub.

MDU-nun Təhsil fakültəsinin akademik və inzibati heyət üzvlərinin, tələbə və magistrantların iştirak etdikləri dəyirmi masada çıxış edən universitetin Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova görkəmli ədib və pedaqoq Ə.Cəfərzadənin zəngin həyat və yaradıcılığından, onun əsl azərbaycanlı qadına məxsus dəyərləri özündə birləşdirən obrazından və Azərbaycan ədəbiyyatında tutduğu özünəməxsus yerdən danışıb.

Humanitar fənlər kafedrasının əməkdaşı Ayna Babazadə yazıçının əsərlərində yer alan başlıca mövzular barədə ətraflı məlumat verib, onun Azərbaycan filoloji fikrinin zənginləşməsi və inkişafına verdiyi töhfələrdən bəhs edib. A.Babazadə tanınmış yazıçının janr baxımından rəngarəngliyi ilə seçilən ədəbi fəaliyyətinin öyrənilməsinin önəmini diqqətə çatdırıb.

Universitetin tələbə və müəllim kollektivi ilə bir arada olmaqdan məmnunluğunu ifadə edən yazıçının oğlu T.İbrahimov tədbirin təşkilinə və dəvətə görə təşəkkürünü bildirib. Hər bir əsərinin vətənpərvərlik, vətəndaşlıq və qəhrəmanlıq duyğularının daşıyıcısı olduğunu qeyd edən T.İbrahimov görkəmli yazıçının ədəbi irsinin gənc nəsilə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Tədbir zamanı Xalq yazıçısı Ə.Cəfərzadənin həyat və yaradıcılığı ilə bağlı videoçarx nümayiş olunub, onun əsərlərindən ibarət kitablar MDU-nun kitabxana fonduna hədiyyə edilib.

Dəyirmi masa iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bildirilib ki, tədbirdən əvvəl, MDU-nun rektoru Şahin Bayramov yazıçının oğlu T.İbrahimov ilə görüşüb. Görüşdə əsərlərində milli və mənəvi dəyərlərin təbliğinə geniş yer ayıran xalq yazıçısının yaradıcılığının tədqiq edilməsi və öyrənilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı önəmindən danışılıb və bu istiqamətdə universitetdə həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə pedaqoji kadr hazırlığının həyata keçirildiyi MDU-da xalq yazıçısı Ə.Cəfərzadənin yaradıcılığının tədqiqi və təbliğinə xüsusi önəm verilir. Ötən ilin dekabr ayında MDU-da Ə.Cəfərzadənin 100 illiyinə həsr olunmuş konfrans keçirilib. Bununla yanaşı, universitetin Humanitar fənlər kafedrasının əməkdaşı A.Babazadə “Əzizə Cəfərzadə nəsrində tarixi və bədii gerçəkliyin inikası” mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.