Mingəçevirli gənclər Milli Orduya dəstək aksiyası keçirib
Qoşunların təmas xəttində Azərbaycanın üstünlüyünü təmin edən və düşmənə sarsıdıcı zərbələr vuran ordumuzun yanında olduqlarını bəyan edən yüzlərcə mingəcevirli gənc könüllü olaraq mərkəzi şəhər stadionuna toplaşıb. Migəçevir Dövlət Universitetinin, Tibb və Turizm kolleclərinin, peşə məktəbinin tələbələri, YAP Mingəçevir şəhər təşkilatı gənclər birliyinin üzvləri ermənilərin cəbhə xəttindəki növbəti təxribatını kəskin pisləyiblər. Mingəcevir Gənclər və İdman idarəsinin rəis müavini Sahil Hüseynov, Mingəçevir Dövlət Dram Teatrının direktor müavini Vüsal Məmmədov, Mirzə Fətəli Axundov adına kitabxananın 12 saylı filialının müdiri Səidə Qurbanova aksiyada çıxış ediblər. Onlar bildiriblər ki, erməni təxribatının qarşısının qətiyyətlə alınması bütün xalqımızda ruh yüksəkliyi yaradıb.
Dövlət himnimizi oxuyan və əllərində üç rəngli bayrağımızı dalğalandıran gənclər müxtəlif vətənpərvərlik şüarları səsləndiriblər. Aksiya iştirakçıları beynəlxalq təşkilatları və dünya ictimayyətini erməni vandalizminə göz yummamağa çağırıblar.Vurğulayıblar ki, Mingəcevirli gənclər Azərbaycan Prezidenti və Milli Ordu ilə həmrəydir.Bir çağırışla torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır. Aksiya iştirakçıları İslam İslamzadə küçəsi ilə hərəkət edərək, Heydər Əliyev prospektinə gəliblər. Daha sonra şəhər Xəstəxanasında qanvermə aksiyası keçirilib.Qan vermə zamanı zabit və əsgər valideynləri də iştirak ediblər.Zabit Taleh Bağırlının anası Ziyafət Əliyeva, əsgər anası Çimnaz İsrafilova övladları ilə qürur duyduqlarını, onlara dəstək məqsədilə qanlarını verməyə hazır olduqıarını deyiblər.
Dünən gün ərzində 40 nəfər, bu gün isə 105 nəfər qanvermə aksiyasında iştirak edib. Aldığımız məlumata görə, 2 gündə 70 litr qan verilib.
Şərhlər bağlıdır.