Mart ayının 31-i səhəri Mingəçevir Turizm Kollecinin kollektivi üçün Şəhidlər Xiyabanının xatirə kompleksində açılıb
Onlar Azərbaycanlıların soyqrımı və deportasiya qurbanları abidəsini ziyarət edib, soyqırım qurbanlarının xatirəsinə ehtiram nümayış etdiriblər. Bundan sonra müəssisənin Heydər Əliyev İdeoloji Mərkəzində “31 Mart soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir” adlı elmi-nəzəri konfrans keçirilib. MTK-nın direktoru, professor Əyyub Əyyubov əsrlər boyu türk dünyasına, o cümlədən azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya və soyqırım siyasətinin əsl mahiyyətini elmi yozumu ilə iştirakçıların diqqətinə çatdırıb. Pedaqoqlar Elnarə İsmayılova, Xatirə Rzayeva, Püstə Mürşüdova və Səbinə Hüseynova ermənilərin XX əsrin əvvəlində azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti, 1918–ci ildə daşnakların Bakı, Şamaxı və Qubada, Qarabağ, Zəngəzur və Naxçıvan ərazilərində törətdikləri amansız cinayətlər barədə danışıblar. Ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə istedadlı tələbələr soyqırım hadisələrinə həsr olunmuş ədəbi- bədii kompazisiyanı nümayiş etdiriblər.
Şərhlər bağlıdır.