Mingəçevirin tibb işçiləri növbəti peşə bayramında
Öncə kollektiv Mərkəzi Xəstəxanada Heydər Əliyevin büstü qarşısına gələrək, ümummilli liderin xatirəsini yad edib və önünə çiçək dəstələri düzməklə ehtiramlarını bildiriblər. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev Azərbaycan səhiyyənin keçdiyi böyük inkişaf tarixindən danışıb: “Bu bayram ulu öndərin tibb işçilərinə verdiyi bir hədiyədir. Bu gün bu ənənə ümummilli liderin layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mingəçevir Mərkəzi Xəstəxanasının əsaslı şəkildə yenidən qurulması, ən müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunması ölkə başçısının Azərbaycan səhiyyəsinə və bizim kollektivə qayğısının bariz nümunəsidir”.
Mərkəzi Xəstəxananın Həmkarlar təşkilatının sədri Allahverdi Alıyev deyib ki, Azərbaycan nəinki zəngin tarixə, eyni zamanda zəngin xalq təbabətinə malikdir: “Biz Azərbaycanın təbabətini göz bəbəyimiz kimi qoruyub saxlamalı və gələcək nəslə çatdırmalıyıq”.
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi, humanitar məslələr şöbəsinin müdiri Hikmət Kərimov sağlamlığımızın keşiyində duran tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edib və İH başçısı adından bir qrup tibb işçisinə fəxri fərmanları təlqdim edib.
Şərhlər bağlıdır.