Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə “Fitnə” filminə baxış keçirilib

İyunun 17-də şəhər ictimaiyyəti Mingəçevir Gənclər Evində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan  “Fitnə” filminə baxıb. Tərbiyəvi əhəmiyyətə malik olan film dini radikalizm və ona qarşı mübarizədən, gənclərin bəzi təsirlər altına düşərək Suriyaya getməsi və sonda peşimançılıqla üzləşməsindən bəhs edir.

İHB aparatında dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev bildirib ki, “Fitnə” filmini nümayiş etdirməkdə məqsəd ondan ibarətdir ki, gənclərimiz gələcəkdə belə səhv yollara, təsirlərə düşməsin, yad ölkələrdə silahlı münaqişələrə qoşulmasın: “Azərbaycan sürətlə inkişaf edir. Biz də çalışmalıyıq ki, ölkəmizi yad təsirlərdən qoruyaq və aramıza nifaq salınmasına icazə verməyək”.

Şərhlər bağlıdır.