Mingəçevirin partiya veteranları ulu öndəri anıb
Şəhər veteranları Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və 9 may Qələbə günü münasibəti ilə çay süfrəsi ətrafında toplaşıblar. Böyük şəxsiyyətin həyat yollarına nəzər salınıb, qəbənin şirin xatirələrindən danışılıb.
YAP ŞT-nın 8 saylı ərazi təşkilatının sədri Məmməd Cəfərov Heydər Əliyevin və onun davamçısı İlham Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışıb: “Onların rəhbərliyi alında Azərbaycan qəhrəmanlar ölkəsi olduğunu, son günlərin hadisələrində isə düşmənə bir daha layiqli cavab verdiyini sübut etdi”.
AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə təməli qəhrəmanlıqla qoyulan keçmişimizə nəzər saldı: ”Kemişinə xor baxan, gələcəyə kor baxar. Qələbələri tarixə yazan ərən oğullarımızla daim fexr edirik. Ordumuzun zəhmini düşmən gördü və bildi ki, Azərbaycam xalqı torpaq itkisi ilə barışmayacaq”.
Tədbirdə Aşıq Asəf Əşrəfov və Nizami Nəbiyev şən mahnılar ifa ediblər.
Şərhlər bağlıdır.