Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçeviri abad və gözəl görmək istəyi ilə

336

İyulun 21-də Gənclər Evində Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev gənclərlə görüşüb. Yığıncaqda Minhəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gənclər İdarəsinin rəisi Kamal Nəcəfli də iştirak ediblər.
“Son dövrlərdə Dram teatrın, Şahmat klubunun, Dostluq və Sahil parklarının əsaslı təmiri, Gənclər evinin istifadəyə verilməsi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün nəzərdə tutulub”.. Bu barədə danışan Əlibaba müəllim vurğulyıb ki, ökəmizin gələcəyi gənclərdən asılıdır: “Şəhərinizin daha gözəl olması üçün təklifləri də dinləməyə hazırıq”.
Söz alan Gənclər Evinin nümayəndəsi Tural Kərimov bildirib ki, 2015-ci ildə bütün Avropanın nəzərləri Mingəçevirdə olacaq. Çünki Olimpiya oyunlarının bir hissəsi burda keçiriləcək: “Təklifimiz var ki, şəhərimiz ekoturizm məkanı kimi tanınsın. Dağa dırmanma idman növünü inkişaf etdirilsin. Şəhərin maraqlı yerlərini əks etdirən köynəklər, breloklar hazırlansın. Biz könüllü klublar yaratmağa hazırıq”.
Bozdağın yaşıllaşdırılması, gənclərin işsizliyi, geniş küçələrdə kamera qoyulması, normal işləyən, yenilənən mingəçevir.com saytının yaradılması və digər məsələlər gənclərdən gələn təkliflərdən idi.
***
İyulun 22-də Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev şəhər ağsaqqalları ilə görüşüb. Tədbirdə çıxış edən Niyazi Bayramov deyib ki, ağsaqqalların sözü həmişə önəmli olub: “Şəhərdə abadlıq-quruculuq işləri gedir. Fəal olun, tövsiyyələrinizi, təkliflərinizi bölüşün”.
Şəhər ağsaqqqallarının təklifləri sırasında binaların istilik sisteminin bərpa olunması, dam örtüklərinin yenilənməsi, bağların suvarılması üçün kanalların düzəldilməsi, böyük kitabxana inşa edilməsi, səkilərin normal vəziyyətə salınması və s. yer alıb.
N.Bayramov deyilən fikirlərə münasibət bildirib və qeyd edib ki, Bakıdan yeni dayanacaqlar sifariş olunub: “Köşkləri də ona görə yığışdırmışıq ki, orada daha çox spirtli içkilər, çay satılırdı”.

Aytən Kosayeva

Şərhlər bağlıdır.