Mingəçevirdə “Zamanın idarə olunması, uğurlu karyera” mövzusunda maraqlı seminar olub
Yanvarın 22-də Mingəçevir Gənclər Evində biznes təlimçi və idarəçisi Fəxri Ağayev “Zamanın idarə olunması, uğurlu karyera” adlı seminar keçirib.
Fəxri Ağayev deyib ki, “Beş günlük dünyadı” deyib keçmək olmaz: “Gündəlik həyatımızı elə qurmalıyıq ki, gələcək hədəflərimizə gedə bilək”.
F.Ağayev gündəlik plan, tələbə inkişaf statistikası, müvəffəqiyyət və digər mövzularda gənclərə nümunə göstərib, tövsiyə verib, gəncləri maraqlandıran suallara cavab verib.
Mingəçevir Gənclər və İdman İdarəsi sağlam həyat tərzinin gənclər arasında təbliği, gənclərin şəxsi və peşəkar inkişafında göstərdiyi xidmətlərə görə Fəxri Ağayevi fəxri fərmanla təltif edib.
Seminarda gənclər və media nümayəndələri iştirak ediblər.
Şərhlər bağlıdır.