Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə “Yaşıl gələcəyə doğru irəli!” layihəsinin təlimləri davam edir

212

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Yaşıl gələcəyə doğru irəli!” layihəsi davam edir. Region gənclərini əhatə edən seminar və təlimlərdə əsasən yeniyetmə və tələbə gənclər iştirak edir.

Üç ay davam edəcək layihənin əsas məqsədi gənclərin ictimai fəallığının artırılmasına kömək etmək, gənclər arasında ekoloji maarifləndirməni ətraf mühitin mühafizəsi qaydalarınını yaymaq və inkişaf etdirməkdir.

Layihənin rəhbəri Tural Kərimovun verdiyi məlumata görə əsas prioritet istiqamətlərdən biri də gənclər arasında velosiped miniyinə olan marağı artırmaqdır: “Əsas istiqamətlərdən biri də region gənclərinin gündəlik həyatda velosipeddən istifadələrini təmin etmək və bununla da onların həm çalışarkən, həm də də asudə vaxtlarında sağlam həyat tərzlərinin formalaşmasına yardımçı olmaqdır. Eyni zamanda təlimlər boyunca gənclərimiz bu minik vasitəsindən istifadə qaydarı və digər maraqlı məlumatları öyrənəcəklər”

Layihə  növbəti mərhələlərdə eko və veloturlar şəklində davam etdiriləcək.

Şərhlər bağlıdır.