20 yanvar faciəsi Mingəçevirdə anılıb
Şəhər hökumət rəsmiləri, idarə və müəssisələrin nümayəndələri, minlərcə insan yanvarın 20-də səhər tezdən Mingəçevirdəki Şəhidlər Xiyabanına axışıblar. Onlar 20 yanvar abidəsinin önünə əkil və güllər qoyub, şəhidlərin məzarlarını ziyarət ediblər. Şəhidlərin xatirəsinə dualar oxunub. Saat 12-də Mingəçevirdə bütün nəqliyyat vasitələrindən siqnallar səsləndirilib.
Şəhid Elbrus Hüseynovun əkiz qardaşı Vəli müəllim və bacısı Ruxsarə xanım şəhid qardaşlarının acı xatirəsini bölüşüblər. Vəli Hüseynov deyib ki, qardaşının son sözü “Azərbaycan” kəlməsi olub: “Qardaşımın yaşadığı hər bir anı yaşamışam. Mən Elbrusun cəsarətini, vətənpərvərliyini övladlarlarıma aşılıyıram”.
Həmin gün “Miran” çay evində Murad Mustafayevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.
Şərhlər bağlıdır.