Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə Xocalı soyqırımı qurbanları anılıb

179

Fevralın 25-də Mingəçevir   Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərdə məskunlaşan Xocalı ailələrin və ictimaiyyət nümayəndələri ilə görüşüb.  Başçı qeyd edib ki,  xalqımızın qan yaddaşına ən ağır faciə kimi yazılan Xocalı soyqırımından 28 il keçir: “Bu faciəyə görə bütün xocalılara başsağlığı verirəm”.

Görüşdə Xocalı nümayəndələrindən Zahir Usubov, Baloğlan Allahyarov,  Süleyman Orucov şahidi olduqları həmin o gecənin dəhşətlərindən ürəkağrısı ilə danışıblar. Şəhər ictimaiyyəti nümayəndələrindən Qarabağ əlili Nizami Təhməzov, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fikirlərini bölüşüblər.

Xocalıdan olan şəhid ailələrinə və əlillərə  ərzaq bağlamaları verilib.

Fevralın 26-da Mingəçevirin  Şəhidlər Xiyabanında Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə anım mərasimi təşkil olunub. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov,   aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, Mingəçevirdə məskunlaşmış Xocalı sakinləri, mətbuat və KİV-i təmsil edən şəxslər Xiyabanda ucaldılmış Soyqırım abidəsi önünə gül dəstələri qoyaraq, Xocalı faciəsinin qurbanlarına ehtiramlarını bildiriblər.

Mingəçevir Dövlət Dram teatırının foyesində şəhərin ümumtəhsil məktəblərinin Xocalıya həsr olunmuş rəsm sərgisinə baxışdan sonra “Xoca” filminə  baxış olub.

 

Şərhlər bağlıdır.