Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bələdiyyədə Xocalı soyqırımının qurbanları yad olundu

186

XX əsrdə bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 28 il ötür. Ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində erməni faşizminin törətdiyi vəhşilikləri pisləyən, faciə qurbanlarını yad edən tədbirlər keçirilir.

Mingəçevir Bələdiyyəsinin şəhər Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birlikdə həyata keçirdiyi anım günündə şəhər ziyalıları, Xocalı sakinləri, tələbə və şagirdlər iştirak etdilər. Bələdiyyənin iclas zalının foyesində Xocalı həqiqətlərini əks etdirən kitab, rəsm və foto sərgiləri marağa səbəb oldu.

Tədbiri açan Uşaq İnkişaf Mərkəzinin direktoru, bələdiyyə üzvü Ədalət Quliyeva 28 il öncə baş vermiş faciənin tarixindən danışdı, soyqırım qurbanlarının həyatından bəhs etdi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxış edənlər- tarixçi Ramiz Kərimov, İcra nümayəndəsi Rizvan Mikayıllı, Xocalı sakini Zahir Usubov, bələdiyyə qulluqçusu Zahid Qasımlı bir daha Xocalıda törədilənlərin bəşəriyyətin fəciəsi olduğunu vurğuladılar və bu hadisənin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacibliyini bildirdilər.

Sonda Uşaq Gənclər İnkişaf Mərkəzi dram dərnəyinin üzvləri tərəfindən metodist Ülviyyə Kərimovanın müəllifi olduğu “Cəhənnəm tuneli” tamaşası nümayiş etdirildi. Tamaşada girovluqdan azad olunmuş bir qadının başına gələn dəhşətlərdən bəhs olunurdu.

Şərhlər bağlıdır.