Cəmiyyət

Mingəçevirdə “Vətən fədailəri” abidəsi ucaldılıb

Açılış mərasiminə toplaşanla r “Vətən fədailəri” abidəsini gələcək nəsillər üçün  örnək hesab ediblər

Vətən müharibəsində qazanılan möhtəşəm zəfərdə pay sahibi olanların xatirəsini əbədiləşdirmək üçün ölkədə ilk dəfə Mingəçevir kəndi yaşayış massivində “Vətən fədailəri” abidəsi ucaldılıb.

Bu təşəbbüsün təşkilatçılarından olan kənd sakini  Ehtibar Əhmədov  açılış mərasimində deyib ki, hər bir vətəndaşın bu zəfəri yaşadan igid oğullarımıza borcu var: “

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu təşəbbüsü tariximiz üçün vətənpərvərlik addımı kimi dəyərləndirib. Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, şəhid anaları və kənd ağsaqqalları da bu abidəni gələcək nəsillər üçün  örnək hesab ediblər.

Mərasimə toplaşanlar abidəni ziyarət edilib, önünə  tər çiçəklər düzüb, mövcud ərazidə vətənpərvərlik və qəhrəmanlığa həsr edilən guşələrə də baxıblar.

Mingəçevir kənd yaşayış massivindən birinci və ikinci Qarabağ müharibələrində 211nəfər  iştirak edib (əvvəlkində 107, sonuncuda 104 nəfər). Kiçik bir kənd 90-cı illərdə beş, 44 günlük savaşda isə 12 şəhid verib.

“Qələbə Şəhidləri” Mingəçevirə gəldi Mingəçevir Dövlət Universitetinin tələbə və müəllim kollektivi üzvləri şəhidlərimizin əziz xatirəsini yad ediblər Qarabağ qaziləri Beynəlxalq Əlillər Günü Şəhidlər Xiyabanına gəldilər

 

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close