Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə qanunsuz balıq ovuna qarşı reyd keçirildi

Su polisi Mingəçevir su anbarı ərazisində qanunsuz balıq ovu üçün nəzərdə tutulan sintetik torlar aşkar edib. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsi əməkdaşları Mingəçevir Su Anbarı hövzəsində qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə reyd keçirib. “Xanabad körfəzi”ndə və “Ayı buxtası”nda aparılan reyd zamanı qanunsuz balıq ovu üçün nəzərdə tutulan sintetik torlar və köməkçi vasitələr aşkarlanıb. Su polisi əməkdaşları tərəfindən sahilə çıxarılan 1200 metrə yaxın sintetik tor aidiyyəti üzrə təhvil verilib. Reydlər növbəti günlərdə də davam etdiriləcək.

https://youtu.be/q2GElDKrlgY

Şərhlər bağlıdır.