Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə qəbiristanlıq qıtlığı?

Artıq bir neçə vaxtdır ki, Mingəçevir şəhərində qəbiristanlıq problemi yaşanır. Daha dəqiq desək şəhərin Mingəçevir kəndi adlanan ərazisində yerləşən qəbiristanlıq xeyli vaxtdır ki, mübahisə predmetinə çevrilib. Belə ki, kəndin bir qrup sakini Mingəçevir şəhərində dünyasını dəyişənlərin burada dəfn edilməsinə icazə vermir. Onlar bunun səbəbini qəbiristanlığın dolmasıyla izah edirlər. Hələ 2002-ci ildə o vaxtkı icra başçısı yaranan problemi aradan qaldırmaq üçün bu qəbirirstanlıqda dəfnlərin məhdudlaşdırılması barədə sərəncam imzaladı. Sərəncamda göstərilirdi ki, yalnız yaxın qohumları bu qəbiristanlıqda dəfn olunmuş şəhər sakinlərinə ölülərini burada dəfn etməyə icazə verilir. Elə qəbiristanlığın girişində də bu sərərncamı görmək mümükündü. Ilk vaxtlar buna əməl olunsa da, sonradan bu sərəncama da məhəl qoyulmadı. Kənd ağsaqqalı Allahverdi Əliyev deyir ki, qəbiristanlıqda həmişə kənd camaatının dəfn mərasimi keçirilib: “O vaxt buranı Hacı Əlfidar idarə edirdi. Şəhər qurulandan sonra onun dövründə şəhər camaatı da bu qəbiristanlıqda dəfn olunub. O zaman heç kim bilmirdi dünya necə olacaq. O vaxt buranın ərazisi şəhərin planına verildi. Burada torpaq səhəsi məhdud oldu. Bu gün də kənd camaatının narazılığı ondan ibarətdi ki, Mingəçevir kəndində torpaq sahəsi azalır, gələcək nəsillərə yer qalmır”.
Allahverdi Əliyev onu da bildirdi ki, qəbiristanlıqda aparılan abadlıq işləri burada olan ziyarətgahdan yığılan iyanələrin hesabına görülür. Bildirək ki, Mingəçevirdə 5 qəbiristanlıq var. Şəhərin sağ sahilində yerləşən ƏIi qəbiristanlığı Mingəçevirin ikinci böyük qəbiristanlığıdı. Burada da vəziyyət ürəyəkaçan deyil. Belə ki, dağın ətəyində yerləşən qəbiristanlığın sürüşmə təhlükəsi var. Belə ki, qəbirlərin uçmasının qarşısını almaq üçün onların aşağı hissələrinə kərpiclər döşənib. Burada həmçinin gərginlik xətləri qəbiristanlığın üzərindən keçir. Sahəsi 15 hektar olan qəbirirstanlıqda da yer məhdudiyyəti var. Yaranan problemlərə aydınlıq gətirmək üçün üz tutduq şəhər Bələdiyyəsinə. Bələdiyyənin Yerli sosial məsələləri daimi komissiyasının sədri Zahid Qasımlı problemdən çıxış yolunu kənd qəbiristanlığının genişlənməsində və yeni qəbiristanlığın salınmasında görür: “Şəhərdə yeni bir qəbiristanlığın salınmasına ehtiyac var. Bir neçə il bundan qabaq bu məsələyə bələdiyyə baxmışdı. Son vaxtlarda şəhər İcra Hakimiyyətinin razılığı və dəstəyi ilə bu məsəslə yenə gündəmdədi. Biz nəzərdə tutmuşuq ki, Tərəvəzçilik sovxozu deyilən ərazidə yer ayıraq yeni qəbiristanlıq salınsın ki, bu problem nisbətən azalsın”.
Onu da qeyd edək ki, sinədaşlarının dəbdəbəli şəkildə bəzədilməsi, talvarların qurulması da qəbiristanlıqda yer məhdudiyyətinə səbəb olur. Dindar Fərman Hacıyev bu cür halların İslama zidd olduğunu söyləyir: “Şəriətdə belə bir şey yoxdu. Qəbir yeri itməlidi. Heç kim abidə qoymamalıdı, bax belə qara daşlar olamamalıdı. Ad, soyad yazılmamalıdı, şəkil olmamalıdı. Lakin camaat deyir ki, mən öləndə başdaşı qoy. O biri də gəlib baxır maraqlanır. Bir-biri ilə bəhs edirlər”.
Kənd Ağsaqqalı Allahverdi Əliyevin dediyinə görə, əgər vaxtında tədbirlər görülməzsə, bu problem şəhər sakinlərini qarşı-qarşıya qoyacaq. Sonda ümid edək ki, Mingəçevirdə yaranan qəbiristanlıq problemi tezliklə öz həllini tapacaq.
Bu gün öyrəndik ki, Mingəçevir İcra Hakimiyyəti mübahisəli qəbiristanlığın genişləndirilməsi ilə əlaqədar 2 ha torpaq sahesi ayrılması üçün cizgiləri cəkib, aidiyyatı quruma-bələdiyyəyə göndərib.

Elnarə İbrahimova

Şərhlər bağlıdır.