Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bu gün Mingəçevir SES-in doğum günüdür

Mingəçevir Su Elektrik Stansiyası (SES) – Cənubi Qafqazda ən böyük su elektrik stansiyası olub, Kür çayının üzərində, Mingəçevir şəhərinin yaxınlığında yerləşir.
Stansiyanın tikintisinə 1945-ci ildə başlanılmış, 1953-cü ildə ilk hidroaqreqat, 1954-cü ildə fevralın 4-də stansiya tam gücü ilə işə salınmışdır. Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir su elektrik stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq çox sayda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikilməsində 20.000 insan iştirak edib. 1940-cı illərin sonlarına doğru 10.000-ə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasının – postsovet məkanının ən böyük su elektrik stansiyasının quraşdırılmasına cəlb edilib. Bugünkü Mingəçevir şəhəri su elektrik stansiyasının tikilməsiylə əlaqədar olaraq qurulub və 1948-ci ildə şəhər statusu alıb. 1957-ci ildə az güclü Varvara SES işə düşdükdən sonra ikisi birlikdə \”Mingəçevir SES silsiləsi\” adlanır. Mingəçevir su anbarı 1953-1959-cu illərdə doldurulub, su tutumu 16070 milyon m³-dir. Dəryaçanın uzunluğu 70 km, eni 13-18 km-dir. Su anbarının tikilməsi və iki kanalın çəkilməsi ölkədə 970 min hektar sahəni suvarmağa imkan yaratmış, 200 min hektar sahənin su altında qalmaq təhlükəsini aradan qaldırmışdır. \”Mingəçevir SES silsiləsi\”ndə 165 nəfər işçi çalışır. Stansiyanın tərkibinə 110, 220 və 330 kilovatlıq paylayıcı yarımstansiyalar daxildir. 2012-ci ilin martın 30-da elektrik stansiyasında içərisində bitum olan qabın partlaması nəticəsində partlayış baş verib. Nəticədə bir nəfər işçi həlak olub, daha bir nəfər isə yaralanıb. 6 hidroaqreqata malik olan Mingəçevir SES-in müəyyən olunmuş gücü 359 Mvt, orta illik elektrik enerjisi istehsalı 1,4 milyard kvt/saat-dır. Qovşağın ən əsas orijinal hissəsi yüksək təzyiqli torpaq bəndi nəinki Avropada yuyulma üsulu ilə tikilmiş ən nəhəng (hündürlüyü 80 m) bənddir. O işlənən materialların həcminə görə, həm də dünyada çınqıl-qumdan tökülmüş yeganə bənddir.
Su qovşağına 3 gözdən ibarət suaşıran beton bənd (bir açıq kanalı ilə eni 30 m), 6 gözdən ibarət təzyiqli su borularına su qəbul edən qurğu (uzunluğu 66 m), 4 qapalı beton boru ilə 4 gözdən ibarət suaşıran qurğu (uzunluğu 47 m), torpaq bənd (uzunluğu 1550 m, hündürlüyü 80 m), Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalına su qəbul edən bir gözlü qurğu daxildir.
Bənd Mingəçevir Su Anbarını əmələ gətirmişdir. Su qovşağı Kür-Araz ovalığında 970 000 ha sahəni suvarmağa imkan yaratmış, 200 000 ha sahənin isə su altında qalmaq təhlükəsini birdəfəlik aradan qaldırmışdır.

Şərhlər bağlıdır.