Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə iri və yaşlı qovaq ağacı dəmir işıqlanma dirəyinə çırpılaraq onu də yerə yıxıb

266

Mingəçevirdə iri qovaq ağacı yola aşıb.  APA-TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevirin girişində baş verib.

Gözlənilmədən yola aşan iri və yaşlı qovaq ağacı dəmir işıqlanma dirəyinə çırpılaraq onu də yerə yıxıb.

Baş verən hadisə şəhərin əsas və ona bitişik giriş küçəsində nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə aidiyyəti qurumun işçiləri cəlb olunub. Aşan ağac yoldan götürülərək nəqliyyatın hərəkəti bərpa olunub.

https://youtu.be/v6RY3iDAqrQ

 

Şərhlər bağlıdır.