Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə avtobus aşdı, 3 nəfər dünyasını dəyişdi

Mingəçevirdə sərnişin avtobusunun iştirakı ilə baş verən zəncirvari qəza zamanı ölən 3 nəfərin və xəsarət alan 10 nəfərin adı məlum olub. Hadisə martın 25-də səhər 9:30 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Məlumata görə, 8 saylı marşurut üzrə hərəkət edən 02-BN-084 dövlət nömrə nişanlı “Otoyol” markalı sərnişin avtobusu ilə (sürücü 1983-cü il təvəllüdlü Elgün Hüseynov) 66-BE-770 dövlət nömrə nişanlı “VAZ 2109” və 1964-cü il təvəllüdlü İmaməli Hacıyevin idarə etdiyi 10-DZ-245 dövlət nömrə nişanlı “QAZ 2410” markalı minik maşınları toqquşub. Hadisə zamanı avtobus yoldan çıxaraq aşıb. Zəncirvari avtomobil qəzası zamanı 3 nəfər dünyasını dəyişib, 10 nəfər müxtəlif bədən xəsarətləri ilə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib. Məlumata görə, 1955-cü il təvəllüdlü Qəmbərov Telman Savalan oğlu, 1993-cü il təvəllüdlü Abbasov Turan Ehtiram oğlu və 1944-cü il təvəllüdlü Həsənov Asif Əli oğlu aldıqları ağır xəsarətlər üzündən dünyalarını dəyişiblər. 1961-ci il təvəllüdlü Bəsti Süleymanova, 1972-ci il təvəllüdlü Emilya Mirzəyeva, 1965-ci il təvəllüdlü Əhliman Zeynalov, 1962-ci il təvəllüdlü Məhburə Muradova, 1998-ci il təvəllüdlü Elton Tahirov, 1999-cu il təvəllüdlü Elvin Əliyev, 2000-ci il təvəllüdlü Rüstəm Mustafayev, 1957-ci il təvəllüdlü Tahir Səlimov, 1997-ci il təvəllüdlü Süleyman Allahverdiyev və 1965-ci il təvəllüdlü Rövşən Qasımov xəsarət alıb. Yaralılardan bir neçəsi yüngül xəsarət aldığı üçün ilkin tibbi yardımdan sonra evə buraxılıb. 3-ün vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər bağlıdır.