Cəmiyyət

Mingəçevirdə Bahar bayramı qeyd edilib

Bahar bayramı münasibəti ilə şəhərin küçə, park və xiyabanları bayramsayağı bəzədilib

Martжт 18-də səhər saatlarından başlayaraq, qara zurnanın sədaları altında atlı çaparlar yaşayış məhəllələrini gəzərək, Ьштпэбумшквэ Novruzun gəlişini müjdələyiblər. Dilarə Əliyeva küçəsindən Səməd Vurğun meydanına qədər çeşidli sərgilər, Novruz personajları, milli adət-ənənələrimizin zənginliyindən soraq verən səhnələr bir-birini əvəz edib. Səməni və Novruz xonçalarının müsabiqəsi təşkil olunub. Məktəblilərin və gənc rəssamların əl işləri, Tarix Muzeyinin qədim əşyalardan ibarət sərgisi, müxtəlif kollektivlərin təqdim etdikləri bayram süfrələri meydana səhnə olub. Qız-gəlinlər kətə, yuxa, paxlava, qutab bişirib, nehrə asıb, cəhrə əyirib, yun darayıblar. Əli xonçalı qızların əhatəsində meydana daxil olan Dədə Qorqudla Bahar qızı yurdumuza əmin-amanlıq, bol ruzi arzulayıblar.
Alqış sədaları altında Novruz tonqalı çatılıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov baharın gəlişi münasibəti ilə təbriklərini çatdırıb. Qədim el bayramının zənginliyindən, insanlara xoş hisslər aşılamasından danışıb. Bildirib ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu bayram dövlət səviyyəsində qeyd olunmağa başlayıb: “Milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verən Prezident İlham Əliyev də tarixi keçmişimizi, ənənələrimizi yüksək dəyərləndirir”.
Aşıqların xoş avazı, milli oyunlarımız, rəqs və folklor qruplarının, musiqi və teatr kollektivlərinin, idmançıların, kəndirbazın nümunəvi çıxışları, Keçəl və Kosanın məzəli əhvalatları xoş anlar yaşadıb. Şənlik boyu Novruz adətləri icra olunub, yumurta döyüşdürülüb. Bayram şənliyi el gəzintisi və maraqlı konsert proqramı ilə davam edib.

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close