Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə 8 yaşlı oğlan uşağı cinsi istismara məruz qalıb

Təqribən 35-39  yaşlarında olan  şəxs 8 yaşlı qonşusuna təcavüz edib.  Hadisə şəhərin M.Maqomayev prospektindəki  73 saylı binanın zirzəmisində  baş verib. Təqribən 35-39 yaşlarında olan Ağali Sadıqov  8 yaşlı qonşusunu aldadaraq, zirzəmiyə çəkib və orada ona təcavüz edib. Əldə olunan məlumata görə, Ağəli Sadıqov  narkotika düşkünüdür  və deyilənə görə bu, heç də haqqında danışılan azyaşlıyla  birinci cinayət əməli deyil. Hadisə barədə  başqalarının xəbər tutduğunu  bilən kimi gizlənməyə çalışıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən şəxs  saxlanılaraq istintaqa cəlb olunub.

Əldə olunan ilkin məlumata əsasən, A.Sadıqov dəfələrlə  azyaşlını cinsi istismara məruz qoyaraq, qeyri-təbii yolla cinsi münasibət qurub. Məhəllə  uşaqları bu bardə zərərçəkənin doğmalarına məlumat verdikdən sonra  uşaq hər şeyi etiraf edib.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

Ehtiram Muradlı 

Şərhlər bağlıdır.