Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qumbaraya bənzər yumurta

205

Toyuq saplaqlı yumurtladı. Bir çoxları onu qumbaraya da bənzədir. Maraqlı hadisə Goranboyda baş verib. Rayon sakini Simuzər Süleymanovanın 5 ildir bəslədiyi qara rəngli toyuğu fərqli görnüşdə yumurtlayıb. 60 yaşlı qadın ilk dəfədir ki, təsərüfatında belə hadisənin baş verdiyini bildirib. Onun sözlərinə görə, qumbara, armud və digər əşyaları xatrıladan yumurtanın sarısı yoxdur. Bu qeyri-adiliyin səbəbini heç özü də bilmir: “O qədər də böyük ölçülü olmayan saplaqlı yumurta qonşuların diqqətini daha çox çəkib. Bəziləri gülərək, toyuğun belə yumurta verməsinə inanmasa da, digərləri onun fotosunu çəkib paylaşmaq qərarına gəlib”.

Mütəxəssislər canlının qeyri-adi formalı yumurta verməsini toyuğun orqanizimində baş verən çatışmazlıqla əlaqələndirirlər.

Şərhlər bağlıdır.