Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Turizm Kollecində Novruz coşqusu

Mingəçevir Turizm Kollecinin bayram şənliyində ifa olunan müxtəlif məzmunlu şeirlər, milli və müasir musiqi nümunələri, nümayiş olunan  və özündə obrazlaşdırılmış Novruz qəhrəmanlarını və ənənələrini əks etdirən  maraqlı səhnəciklər, milli oyunlar, yarışmalar və daha nələr-nələr  tədbir boyu ürəkləri fəth edib. Qorqud Ata, Bahar qız, keçəl, kosa, milli geyimli qızların ifasında səslənən folklor nümunələri, kəndir dartısması, yumurta döyüşləri, təbriklər və zarafatlar gözlər önündə ifadə olunması çətin olan görüntülər və xoş mənzərə canlandırıb.

Bayram təbriki ilə doğma kollektivinə üz tutan  Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Tanrıdan xalqımiza  torpaqları işğaldan azad olunmuş bütöv Azərbaycan qismət etməyi diləyib. Müstəqil dövlətçiliyimizi Allahın bizə nəsib etdiyi böyük  qismət hesab edən  professor Novruzun əvəzsiz milli sərvətimiz olduğundan danışıb. O, Turizm Kollecinin keçdiyi 10 illik şərəfli yola nəzər salıb, əldə olunan uğurlara toxunub, bu  nailiyyətlərin davamlı olacağına əminliyini bildirib. Əyyub Əyyubov kollektivə mənəvi dayaq olan Mədəniyət və Turizm Nazirliyinin və şəhər rəhbərliyinin ünvanına xoş arzularını da çatdırıb.

Daha sonra bayram tonqalı alovlandırılıb. Meydan bütünlüklə nəğməyə və rəqslərə bürünüb. Süfrələri bəzəyən ləzz təamlardan dadılıb. Müəllim və tələbələr yumurta döyüşdümək fürsətini də əldən qaçırmayıblar.

Şərhlər bağlıdır.