Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə Dədə-Qorqudla Bahar qız xalqımıza nə dedi?

Qədim el bayramı Səməd Vurğun meydanına toplaşan energetiklər şəhərinin sakinlərinə bahar təbrikləri ünvanlanıb. Çaparlar yaşayış məhəllələrində dövrə vuraraq,  qara zurnanın sədaları altında Novruzun gəlişini müjdələyiblər. El şənliyində diqqətə çatdırılıb ki, əkinçilik, məhsul bolluğu etiqadları ilə bağlı yaranmış Novruz bayramı tarixin bütün dövrlərində dostluq,barışıq,təbiətin oyanışı,yazın gəlişi və yeniləşmə rəmzi kimi insanlarda saf niyyətlər, xoş arzular yaradıb. Əsrlər boyu yadelli qüvvələr Novruz adətlərini unutdurmağa, milli mənəvi dəyərlərimizə zərbə vurmağa çalışsalar da  bəd niyyətlərinə nail ola bilməyiblər.Tarixi müstəqilliyinə qovuşan xalqımız  digər böyük adət-ənənələrinə sahib çıxdığı kimi, bu müqəddəs bayramını da daima uca tutub. Artıq neçənci ildir ki, bahar bayramı dövlət səviyyəsində qeyd edilir.

Şənlikdə iştirak edən İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mingəçevirliləri və şəhərə bayram günlərində gələn qonaqları təbrik edib,  Novruzun ruzi və bərəkətinin hər bir ailəyə töhvə verməsini arzulayıb. O, ölkə başçısının rəhbərliyi altında icra olunan sosial infrastruktur layihələrin həllindən danışıb.

Meydanda bahar tonqalı alovlandırılıb. Baharın gəlişini müjdələyən Dədə-Qorqudla Bahar qız xalqımıza bol ruzi, əminamanlıq arzulayıblar. Keçəl və kosanın məzəli oyunları, idmançıların çıxışları, baharı tərənnüm edən poeziya nümunələri və digər novruz adətləri  icra olunub. Mingəçevir Dovlət Dram Teatrının aktyorları, Uşaq  Yaradıcılıq Mərkəzinin şagirdləri,  su, od, yel və torpaq çərşənbələri libasında meydana təşrif buyuran müxtəlif yaradıcı kollektivlər el şənliyini daha da yadda qalan ediblər. Mərasim boyu  yerli musiqiçilərin, folklor qruplarının, aşıqların çıxışları bir-birini əvəz edib.

Şərhlər bağlıdır.