Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Turizm Kollecində “31 mart Azərbaycanlıların Soyqırım Günüdür” adlı konfrans keçirilib

31 mart Azərbaycanlıların Soyqırım günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub. “Azərbaycanlıların Soyqırımı və deportasiyası qurbanları” mövzusunda dəyrimi masa ətrafı müzakirələr təşkil olunub, istedadlı tələbələr arasında  rəsm və inşa müsabiqəsi keçirilib, divar qəzetlərinin xüsusi buraxılışları hazırlanıb və tələbələrin əl işlərindən ibarət xatirə sərgisi  təşkil edilib, Azərbaycanlıların soyqırım və deportasiyasından bəhs edən sənədli film nümayiş olunub. Tədbirlər silsiləsi elmi-nəzəri konfransla davam edib. Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov   bədnam erməni qonşularımız tərəfindən Azərbaycan xalqının əsrlər boyu məruz qaldığı  təqib, işgəncə və soyqurım siyasətindən çoxsaylı faktlar açıqlayıb. Ardınca konfransın digər məruzələri dinlənilib.

Konfrans tələbə özfəaliyyət qrupu fəallarının ədəbi-bədii kompozisiyası ilə başa çatıb.

Şərhlər bağlıdır.