Martın 29-da Mingəçevir Şəhər İcra Hakimiyyəti YAP ŞT ilə birlikdə 31 Mart-Azərbaycanlıların Soyqırımı günü münasibəti ilə konfrans təşkil edib. Konfransdan öncə soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə şəhid soydaşlarımızın xatirəsi ehtiramla yad edilib, ruhlarına dua oxunub.
YAP ŞT-nın konfrans zalında davam edən tədbiri açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov erməni millətçilərinin son 200 il ərzində Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətləri yada salıb. O, Heydər Əliyevin hakimiyyətə ikinci gəlişindən sonra 31 mart soyqrımına siyasi və hüquqi qiymət verilməsindən, Azəbaycanlıların soyqırımı haqqında həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun çatdırılması üçün Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərdən danışıb.
Konfransda şəhərimizdəki ali və orta məktəblərin tarix müəllimləri məruzələrlə çıxış ediblər.
Şərhlər bağlıdır.