Mingəçevir Turizm Koleci 2020-ci ildən yeni korpusda çalışacaq
Başa çatan ildə Mingəçevir Turizm Kollecinin məzunlarının sayı 500-dən artıq olub. 800-ə qədər gənc 2019-cu ildən etibarən kollecdə təhsil almağa başlayıb. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi kolleci yeni tədris korpusu ilə təmin edib və yeni ildən etibarən kollektiv həmin korpusun imkanlarından istifadə edəcək.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə Mingəçevir Turizm Koleci kollektivinin şəhərdəki otellərdən birində keçirilən bayram tədbirində kollecin direktoru Əyyub Əyyubov belə deyib. Tədris işləri üzrə direktor müavini Kamal Əhmədov, qiyabi və əyani təhsil üzrə şöbə müdiri Cəlil Bağırov, tədris işləri üzrə şöbə müdiri Qəhrəman Kərimov və başqaları bayram təbriklərini bölüşüblər.
Şənlikdə nəğmə və rəqslər, tələbə özfəaliyyət qrupu fəallarının ifaları, müxtəlif məzmunlu viktorina yarışmaları, yeni ilin obrazlaşdırılmış rəmzləri olan Şaxta baba və Qar qızın iştirakı hər kəsin qəlbində xoş ovqat yaradıb.
Şərhlər bağlıdır.