Mingəçevir teatırının ilk rejissoru vəfat etdi
İldırım Cabbar 1935 ci ildə Füzuli rayonunun yuxarı Əbdürrəhmanlı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət institutunu, daha sonra isə Moskva Ali Rejissorluq Məktəbini bitirib. Əmək fəaliyyətinə Füzuli rayonunun xalq teatırında başlayıb. Bundan sonra bir müddət Naxçıvan teatırında, 1968- ci ildən isə Mingəçevir Dövlət Dram Teatırında çalışıb. MDDT-nın ilk baş rejissoru olub. Bu teatrda həm də aktyor kimi fəaliyyət göstərib, bir-birindən maraqlı tamaşa və obrazlara həyat verib. İkdırım Cabbar 60-dan çox tamaşanın rejissoru, 40-dan çox obrazın ifaçısı olub. Mingəçevirdə C.Cabbarlının “Almaz”əsərinə də səhnəyə o gətirib.
Mədəniyyət Nazirliyinin, Mingəçevir İcra Hakimiyyətinin fəxri fərmanları və diplomlarına layiq görülüb. İldırım müəllim həm də çox gözəl şer söyləmək qabiliyyəti və qarlı-qışlı günlərində Kür çayında üzməyi ilə də başqalarından fərqlənirdi.
Mingəçevir ictimayyəti İldırım Cabbarı unutmayacaq. Allah rəhmət etsin .
Şərhlər bağlıdır.