Mingəçevir Regional Debat Mərkəzi növbəti mövsümə start verdi
Sentyabrın 23-də Mingəçevir Regional Debat Mərkəzinin 2017/18-ci mövsüm ili üzrə ilk iclası keçirilib. Mərkəzin sədri Etiram Sadıqzadə görülmüş işlərdən, qazanılan uğulardan danışıb. Mərkəzin sədr müavini Samir Şükürov planlaşdırılan tədbirlərdən və forumlardan söhbət açıb. İclasın yekununda idarə heyəti yeni mövsümlə bağlı qərar qəbul edib. Qərarda deyilir:
1.Kamran Əliyev Mingəçevir Dövlət Univeristeti Debat Klubun sədri vəzifəsindən azad olunsun.
2.Orxan İsmayılov Mingəçevir Dövlət Univeristeti Debat Klubun sədri vəzifəsinə təyin olunsun.
3.Rövşən Əliyev Mingəçevir Turizm Kolleci Debat Klubun sədri vəzifəsindən azad olunsun.
4.Mingəçevir Regional Debat Mərkəzinin nəzdində fəaliyyət göstərən “Gələcək Gənclərlə Gələcək” Gənclər Klubunun fəaliyyəti genişləndirilsin
5. Debat Klubları növbəti iclasın gündəliyinə 1 oktyabr-31 dekabr üçün fəaliyyət planlarını təqdim etsinlər.
6.”Mingəçevir Gənclərin Regional Debat Forumu:Heydər Əliyev Kuboku Payız 2017″ çərçivəsində hazırlıq işlərinə başlanılsın.
7. Mərkəzin “C” dərəcəli hakimləri Mirəli Ağazadə və Ulviyyə Quliyevanın fəaliyyətlərini davam etdirmədikləri üçün hakimlik statuslarına xitam verilsin.
8.Mərkəzin Təlimçi-Hakim bazası möhkəmləndirilsin.
Şərhlər bağlıdır.