Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirə qar yağdı, ağaclar yollara aşdı

90

Qarlı hava Mingəçevirdə fəsadlara yol açıb.APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, gecədən səhərə qədər yağan güclü qar çoxsaylı problemlər yaradıb. Belə ki, şəhərin İslam İslamzadə, Nəriman Nərimanov küçələrində, eləcə də, Aydın Məmmədov küçəsi ilə 20 yanvar küçələrinin kəsişməsində iri gövdəli ağaclar qoparaq nəqliyyat yoluna və piyadalar üçün nəzərdə tutulmuş səkilərə düşüb. Nəticədə nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.

Bununla yanaşı, şəhər təsərrüfatına məxsus yük maşınlarından biri sürüşərək elektrik dirəyinə çırpılıb.

Aidiyyəti qurumun əməkdaşları fəsadların aradan qaldırılması üçün ərazilərə cəlb olunub.

Şərhlər bağlıdır.