Bizimlə həyatınız həmişə işıqlı olacaq!

STP rəhbərliyi Vətən müharibəsində iştirak etmiş əməkdaşlar ilə görüşüb

“10 mart 2021-ci ildə Sumqayıt Texnologiyalar Parkının Müşahidə Şurası və İdarə Heyətinin üzvləri müəssisənin 2-ci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb. Tədbirdə  öncə vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra şirkət rəhbərliyi əməkdaşlara öz ürək sözlərini çatdırıb. Müharibə dövründə hərbi qulluq etmiş əməkdaşlar da keçdikləri döyüş yolu və xatirələri haqda danışıblar. Hər bir əməkdaşa həm işdə, həm də cəbhədə göstərdiyi şücaətə görə STP komandası adından plaket və maddi dəstək təqdim olunub”.

Əəməkdaşlara STP komandası adından plaket və maddi dəstək təqdim olunub

Bu barədə STP-nin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Rəşad Əliyev məlumat verib.  Onun dediyinə görə, STP döyüşlər gedən zaman da cəbhədə olan əməkdaşlarının yanında olub, ailələrini ziyarət edərək ehtiyaclarını qarşılayıb və mənəvi dəstək göstərib: “Şirkət rəhbərliyi və şirkətin kollektivi cəbhədə olmuş həmkarları ilə yaxından maraqlanır. Onların əmək fəaliyyətinə qayıtması, fiziki və mənəvi bərpa olması üçün STP maddi, mənəvi və tibbi yardımlarını əsirgəmir”.

R.Əliyevin fikrincə, Sumqayıt Texnologiyalar Parkı müharibəsonrası dövrdə üzərinə düşən məsuliyyəti dərk edir və Qarabağda yenidənqurma işlərinin aparılması, oradakı şəhərləri Qafqazın ən abad, ən müasir  şəhərlərinə çevirmək  yönündə öz xidmətlərini göstərməyə hazırdır: “Xatırladaq ki, Sumqayıt Texnologiyalar Parkı  II Qarabağ müharibəsinin başlanğıcından həm ordumuza, hərbiçilərə, həm də müharibədən əziyyət çəkmiş mülki əhaliyə mütəmadi  yardımlar etmişdir.  STP  bundan sonra da  dövlətçiliyimizi dəstəkləməyə, vətəndaşlarımızın rifahı üçün çalışmağa davam edəcək”.

Şərhlər bağlıdır.