Cəmiyyət

Mingəçevir polisi yeni inzibati binada

Daxili İşlər naziri Mingəçevir polisində və “Kür” OTİM-də oldu

Azərbaycan Respublikasının Daxili İşlər naziri Ramil Usubov mayın 30-da Mingəçevirə gəlib. O, şəhər polis şöbəsinin yeni inzibati binasının son tamamlama işləri ilə maraqlanıb. Məlumat üçün bildirək ki, DİN-in sifarişi ilə tikintisinə bir il əvvəl başlanmış inzibati bina layihə üzrə və yüksək səviyyədə tikilib. Burada polis işçiləri, eyni zamanda müvəqqəti saxlanılan şəxslər üçün nümunəvi şərait yaradılıb.
Bundan sonra R.Usubov 2 həftədən sonra yarışlara ev sahibliyi edəcək şəhərin Birinci Avropa Oyunlarına hazırlıq əziyyəti ilə tanış olmaq üçün “Kür” OTİM-ə baş çəkib.

Daha çox

Oxşar yazılar

Close