Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Liderlik bacarıqları” təlimi keçirilib

162

2022-ci ilin 29 yanvar tarixində Mingəçevir Dövlət Univesitetinin (MDU) Karyera və İnkişaf Mərkəzi (KİM) və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Liderlik bacarıqları” təlimi keçirilib. Təlimdə MDU-nun tələbə və magistrantları iştirak ediblər.

Təlimçi, KİM-in direktoru Cəlil Bağırov “Lider kimdir?”, “Liderin keyfiyyətləri” və “Liderlik bacarıqlarını inkişaf etdirməyin metodları” mövzularında təqdimatla çıxış edib. O, liderlik anlayışı və onun başlıca xüsusiyyətləri, liderlik bacarıqlarının inkişaf etdirilməsinin zəruriliyi və yolları, məqsəd və hədəflərin düzgün müəyyən edilməsi, komanda ilə işin səmərəli qurulması və digər məsələlər barədə ətraflı məlumat verib.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb və praktiki tapşırıqlar yerinə yetirilib.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin əlavə bilik və bacarıqlarının, eləcə də karyera inkişafı ilə bağlı təcrübələrinin artırılmasına hədəflənən müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir. MDU-da yeni yaradılan Karyera və İnkişaf Mərkəzinin bu istiqamətdə fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Şərhlər bağlıdır.