Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“İntellekt döyüşü”nün qalibi “Go” komandası olub.

2 fevral Gənclər Gününə həsr olunan yarış zamanı gənclərin intellektual səviyyəsinin inkişafına xidmət edən, tarix, ədəbiyyat, mədəniyyət, milli-mənəvi dəyərlərimiz və ümumi dünyagörüşünü əks etdirən suallar səsləndirilib. Gənclərdə dünyagörüşünün formalaşdırılması, intellektual oyunlara olan marağın gənclər arasında təşviq olunması, intellektual baxımdan özlərini təsdiq etmək istəyən gənclərə şərait yaradılması və gənclərin kollektiv oyunlara olan marağının artırılması məqsədilə keçirilən yarışda komandalar öz intellektlərini döyüşdürərək qalib olmaq uğrunda mübarizə aparıblar.

“Nə? Harada? Nə zaman?” formatında keçirilən ümumilikdə 15 komandanın iştirak etdiyi “İntellekt döyüşü”ndə “Go” komandası I, “Stimul” komandası II, “Legends” komandası isə III yerin sahibi olub. Sonda qaliblər kubok, medal və sertifkatlarla təltif edilib.

Şərhlər bağlıdır.