Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ağdaşda “Gənclər Həftəsi”

Ağdaşda  “Gənclər Həftəsi” fevralın 2-də yekun tədbirlərlə başa çatıb. Gənclər gününün yaradıcısı Heydər Əliyevin əziz xatirəsi yad edilib, abidəsi önünə güllər düzülüb. Eyni zamanda hər iki Qarabağ müharibəsində canlarını fəda etmiş şəhidlərimizin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.

Daha sonra iştirakçılar dəyirmi masa ətrafında toplaşıb, ölkəmizdə “Gənclər siyasəti”ndən, dünya miqyasında fəxrlə adları çəkilən Azərbaycan gəncliyindən, rayonun layiqli təmsilçilərindən bəhs ediblər. Aktivliyinə, bilik və bacarığına görə seçilən gənclər diplom və sertifikatlarla təltif olunub və onlara hədiyyələr təqdim edilib.

Tədbirdə yerli İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Ağdaş nümayəndəliyi, Ağdaş Heydər Əliyev Mərkəzi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsmiləri. Vətən Müharibəsi iştirakçıları, şəhid övladları, rayonun aktiv gəncləri iştirak ediblər.

Şərhlər bağlıdır.