MDU-nun Mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyevin verdiyi məlumata görə, yanvarın 3-dən Mingəçevir Dövlət Universitetində imtahan sessiyası başlayıb. Bakalavr təhsil pilləsində (əyani və qiyabi) 24 ixtisas üzrə təhsil alan 1856 tələbə və magistr təhsil pilləsində 12 ixtisas üzrə təhsil alan 70 magistrant tədris planına uyğun olaraq, imtahan verirlər. İmtahanların aparılmasında, nizam-intizama və eləcədə onun gedişinə nəzarət etmək məqsədilə qeyri-ixtisas fənnlər üzrə müəllimlər təyin edilib. Rektor tərəfindən təyin olunmuş nümayəndələrdən başqa kənar şəxslərin imtahan keçirilən auditoriyalara daxil olmasına icazə verilmir. Valideynlərin və KİV nümayəndələrinin imtahanlarda iştirakına imkan verilməsi imtahan sessiyasında ictimai nəzarəti təmin edir. Şikayətçilərin rəhbərliklə operativ əlaqəsi üçün “Qaynar xətt”, imtahandan sonra tələbələrin biliyinin qiymətləndirilməsi zamanı baş verə biləcək münaqişələri aradan qaldırmaq üçün Apellyasiya Komissiyası yaradılıb. Tələbələr arasında imtahanların gedişi barədə anonim sorğular aparılır. İmtahanlara auditoriyalarda quraşdırılmış veb kameraların vasitəsilə də nəzarət edilir.
Universitetdə hər gün imtahan öncəsi ötən günün imtahan nəticələri barədə təhlil və müzakirələr aparılır. Rektor A.Hacıyev neqativ halların, çatışmazlıqların, yaranan problemlərin aradan qaldırılması istiqamətində müvafiq dekanlıqlar, kafedra müdrləri, həmçinin imtahan götürən müəllim və nəzarətçilərə tapşırıq və tövsiyələrini verir.
Qeyd edək ki, imtahanlar yazılı şəkildə həyata keçirilir. İmtahan biletləri “Kredit sistemilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq tərtib edilb. Tələbələrin fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı, yəni 50 balı tələbənin semestr ərzindəki fəaliyyətinə, digər yarısı isə imtahanın nəticələrinə görə toplanır. Əsasnaməyə uyğun olaraq tələbələrin fənn üzrə imtahanlarda toplayacağı minimum bal 17-yə bərabərdir.
İmtahan sessiyası fevralın 1-də başa çatacaq.
Şərhlər bağlıdır.