Elm və təhsilMingəçevir

Mingəçevirdə yanan məktəbdə şagirdlər donur

Bir neçə gün bundan öncə Mingəçevirdəki şəhid Noel Ahəngəri adına 13 nömrəli  tam orta məktəbdə elektirik naqillərində yüklənmələr çox olduğuna görə  qısaqapanma nəticəsində yanğın baş vermişdi. Yanğından sonra məktəbin enerji  xətlərində yaranan nasazlığa görə sinif otaqlarında elektriklə işləyən istilik qızdırıcılarından istifadə etmək qadağan olunub.  İstilik səbəbindən normal dərs keçmək mümkün olmadığı üçün valideynlər uşaqlarını məktəbə gətirməkdən imtina edirlər.

Direktor Tünzalə Seyidovanın dediyinə görə, 1972 ci ildə istifadəyə verilən məktəb bu günə qədər təmir olunmayıb: “Son 25 il ərzində 3 mərtəbəli binanın yalnız birinci mərtəbəsi bizim istifadəmizdə idi. Qalan mərtəbələrdə isə köçkünlər yaşayırdı. 1993 cü ildən ötən ilə qədər məktəbdə məcburi köçkünlər məskunlaşmışdı. Ona görə də məktəbdə təmir –bərpa işləri aparılmayıb.Hazırda məktəb qəzalı vəziyyətdədir. Zirzəmi qrunt suları ilə doludur. İdman zalı artıq ucmaq üzrədir. Hər tərəfdən əmələ gələn çatlara görə biz bu zalda zalında dərs keçə bilmirik. Məktəbin istilik sistemi olmadığına görə sinifləri elektrik sobaları ilə qızdırırdıq. Elektirik xətlərimiz nasaz vəziyyətdə olduğundan artıq sinifləri qizdira bilmirik. Şagirdlər palto-papaqla otururlar. Bu da normal dərs keçməyə maneçilik tördəir. Dam örtüyü tamam bərbad vəziyyətdədir.Yağışlı günlərdə sinif otaqları tamamilə suyun içində olur. Bu barədə dəfələrlə aidiyyatı qurumlara xəbər vermişəm, 30 –a yaxın məktub göndərmişəm. Amma heç bir nəticə yoxdur”.

Esmira HİDAYƏTOVA

Tag
Daha çox

Oxşar yazılar

Close