Yanvarın 20-də səhər saatlarından mingəçevirlilər qanlı
yanvar faciəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəliblər. Anım mərasimi şəhidlərin
ruhlarına dualar oxunmasıyla başlanıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlham
İsmayılov mərasimdə çıxış edərək, müdhiş gecədə rus ordusunun qabağına əliyalın çıxan
və canları bahasına ölkəmizin müstəqilliyini
qorumağa çalışan oğul və qızlarımızı fəxarətlə yad edib: “20 Yanvar qürur və mübarizə tariximizdir. Bu faciə yalnız
Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən
cinayətdir”.
Mingəçevir Dram Teatırının aktyorları “Şəhidlər”
abidə-kompleksinin önündə, Uşaq və Gənclər İnkişaf Mərkəzinin şagirdləri isə Şəhidlər
muzeyində rəngarəng kompozisiyalarını təqdim ediblər.
Xocalı faciəsinin 29-cu ildönümü Mingəçevirdə soyqırım abidəsinin ziyarəti ilə başlanıb. Dövlət qurumları və ictimaiyyət nümayəndələri pandemiya səbəbindən kiçik tərkiblə Şəhidlər ...
2021-ci ilin 25 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) tələbə və magistrantlar üçün Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş ...
2021-ci ilin 25 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı xalqımızın qan ...
2021-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) professor-müəllim heyəti üçün “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim ...
2021-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının ...
Şəhər rəhbəri və ictimaiyyət nümayəndələri “Şəhidlər” abidəsinin önünə əklil və gül dəstələri düzüb, eyni zamanda xiyabandakı şəhid məzarlarını ziyarət ediblər.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən “Mingəçevir işıqları” qəzetinin təsisçisi və baş redaktorudur. “Qızıl Qələm”, H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.