Dekabrın 27-də Heydər Əliyev Mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Milli lider Heydər Əliyev-dünya azərbaycanlılarını birləşdirən dahi şəxsiyyət” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Təqdim olunan sənədli filmdə Azərbaycanın keçdiyi inkişaf yolu ilə yanaşı soydaşlarımızın bir araya gəlməsi uğrunda ulu öndər Heydər Əliyevin səyləri, həyata keçirdiyi işlərlə bağlı kadrlar nümayiş olunub. Nəzərə çatdırılıb ki, dünyanın 5 qitəsində, 70-dən çox ölkəsində təxminən 50 milyon azərbaycanlı yaşayır. Onların siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov deyib ki, dünyanın inkişaf etmiş ölkələrində ermənilərin güclü diasporu fəaliyyət göstərir, onların təblığatı Azərbaycanın haqq səsinin eşidilməsinə təsir edir: “Ulu öndər Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasına rəhbərlik edərkən 1991-ci ilin 16 dekabrında xaricdə yaşayan soydaşlarımızın birliyini yaratmaq üçün dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi təlkifi ilə çıxış etdi. Ali Məclis dekabrın 27-də həmin təklifi rəsmiləşdirdi. Həmin qərar bütün dünyada yaşayan soydaşlarımızın birlik ideyasının reallaşması istiqamətində mühüm rol oynadı”.
Başçı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsini dünya ictimaiyyətinə çatdırmaq üçün milli diasporun yaradılması və güclənməsi mühüm rol oynayıb: “Heydər Əliyevin uzaqgörən siyasəti istənilən vəziyyətdə lazımi qərarların verilməsi ilə nəticələnirdi. Ermənilər tərəfindən Qərb ölkələrində Azərbaycan xalqı və dövləti haqqında formalaşdırılmış mənfi rəyi aradan qaldırmaq məqsədi ilə diasporun planlı və əlaqəli şəkildə fəaliyyət göstərməsi zərurəti yaranırdı. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlər gündəmə gəlirdi. Buna görə də 2001-ci il may ayınn 23-də ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzaladı”.
Turizm Kollecinin tarix müəllimi Eldar Dərişov “Heydər Əliyev dünya azərbaycanlılarını birləşdirən liderdir”, MDU-nun xarici dillər kafedrasının müdiri Zemfira Əzizova “H.Əliyev dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifidir”, YAP Gənclər birliyinin sədri, H.Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev “H.Əliyevin müəllifi olduğu milli birlik, milli həmrəylik konsepsiyası müasir dövrdə beynəlxalq aləmdə əldə etdiyimiz uğurların əsas təminatıdır” mövzularında çıxış ediblər.
Dekabrın 28-də “Kosmos” şadlıq sarayında, dekabrın 29-da isə H.Əliyev meydanında quraşdırılan yolka ətrafında bayram şənlikləri keçirilib. Şəhərin ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə İcra Hakimiyyəti adından fəxri fərmanlar verilib. Şaxta baba və qar qızın, iştirakçıların təbrikləri, şən nəğmələr və rəqslər tədbirlərə rəng qatıb. Dekabrın 31-də isə “Ağsaray” otelində, “Minqo” istirahət mərkəzində və başqa əyləncə yerlərində bayram ziyafətləri təşkil olunub.
Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır.