Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Turizm Kollecinin kollektivi rəngarəng bayram şənliyi keçirib

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə  “Ağsaray” otelində bir araya  gələn Mingəçevir Turizm Kollecinin pedaqoq və tələbə fəalları  əlamətdar təqvimləri coşqu içində bayram edib.  Bayram süfrəsi arxasında  saatlar ərzində şux mahnı və rəqslərin müşayəti altında şənlənən kollektiv  unudulmaz anlar yaşayıb.Yeni ilin rəmzləri olan Şaxta baba və Qar qızın iştirakı tədbirə  rəng qatıb. Tələbə özfəaliyyət qrupu tərəfindən  təqdim olunan bayram konserti, tədbir iştirakçıları arasında keçirilən  əyləncəli müsabiqə və viktorinalar  xoş təəssüratlar yaradıb.

Bayram təbriki ilə üzünü kollektivin üzvlərinə tutan kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov kollektivin  cari tədris ilidə əldə etdiyi uğurlardan, o cümlədən beynəlxalq əməkdaşlıq sayəsində əlaqələrindən danışıb,

Kollec Həmkarlar Təşkilatının sədri  İbrahim Əyyubov, direktor müavini Çinarə Allahverdiyeva, şöbə müdirləri, fənn birliyi sədrləri və fəal pedaqoqlar da ən xoş arzularını ifadə edib.

Tədbir ərzində həm də bayram tortu kəsilib, şənliyə  coşqu  qatan  səhnəciklər nümayiş olunub. Eyni zamanda kollec Həmkarlar Təşkilatı tərəfindən kollektivin əməkdaşlarına bayram hədiyyələri paylanıb. Şənlik kollektivin ifa etdiyi möhtəşəm “Yallı” rəqsi ilə başa çatıb.

Şərhlər bağlıdır.