Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir bələdiyyəsi yeni bir abad məhəllə yaradıb

Mingəçevir bələdiyyəsi “Aran” məhəllə komitəsinin müraciətini nəzərə alaraq, 20 Yanvar küçəsindəki 18, 20 və 22 №li binaların qarşısındakı boş ərazidə abad məhəllə layihəsini həyata keçirib. Yararsız halda olan həmin ərazi yaşıllaşdırılıb, səliqə-salmana salınaraq abadlaşdırılıb. Məhəllədə məktəb yaşlı uşaqlar üçün futbol və basketbol meydançası tikilib. Kiçik yaşlı uşaqların əylənməsi məqsədi ilə ortada əyləncə meydançası yaradılıb. Meydançada sürüşkən, müxtəlif quruluşlu iki ədəd yellənçək, idman qurğuları quraşdırılıb. Sakinlərin asudə vaxtlarında dincəlmələri üçün bir ədəd kölgəlik, üç yerdə söhbətgah və meydançalar boyu oturacaqlar yerləşdirilib. Meydançaların ətrafına və gəzinti yerlərinə – 242m2  sahəyə tamet pilətələr döşənilib. Yaradılmış abad məhəllə – mini-park sakinlərin ixtiyarına verilib.

Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov və digər rəsmi şəxslər abad məhəlləyə baxış keçiriblər. Başçı sakinləri təbrik edib və bildirib ki, dövlət başçısının tapşırığına əsasən bütün məhəllələr abadlaşdırılacaq, hər yerdə abadlıq-quruculuq işləri aparılacaq. Hazırda şəhərimizin müxtəlif güşələrində bu işlər görülür.

Başçı abad məhəlləni müasir tələbləri uyğun tikdiyinə görə Mingəçevir Bələdiyyəsinə təşəkkürünü bildirib.

Şərhlər bağlıdır.