Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Sənaye müəssisələri tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında 210575,0 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 20,8 faiz az sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 9,1 faizi emal sektorunda, 89,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Tikinti müəssisələri tərəfindən 2022-ci ilin yanvar-sentyabr ayları ərzində şəhərdə 147 fərdi yaşayış evi tikilib, 7963,5 min manatlıq əsas fondlar istifadəyə verilmişdir.

Şəhərdə əsas kapitala cəmi 24144,9 min manat investisiya yönəldilmişdir ki, bunun da 22892,4 min manatı tikinti-quraşdırma işləridir.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində kənd təsərrüfatı heyvandarlıq məhsullarının istehsalı üzrə 49,4 ton ət (diri çəkidə) kəsilmiş, 1028,9 ton süd (fiziki çəkidə) sağılmış, 5,4 ton yun (fiziki çəkidə) və 116,0 min ədəd yumurta istehsal edilmişdir.

Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-sentyabr aylarında 418,0 min ton yük və 56019,7 min sərnişin daşınmışdır. 2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınması 13,3 faiz, sərnişin daşınması isə 17,8 faiz artmışdır.

İnformasiya və rabitə müəssisələri 2022-ci ilin yanvar-sentyabr aylarında               2411,0 min manatlıq xidmət göstərmişdir ki, onun da 41,4 faizi və ya 998,9 min manatı əhali sektoruna aid olmuşdur. 2021-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 39,8 dəfə və ya 686,3 min manat artmışdır.

2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə    337100,4 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 47535,8 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 14,9 faiz, ödənişli xidmətlərin həcmi isə 18,9 faiz artmış, ticarət şəbəkəsindən 226644,1 min manatlıq ərzaq məhsulları, 110456,3 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.

2022-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 113,8 faiz, o cümlədən ərzaq məhsulları, içki və tütün məmulatları üzrə 118,8 faiz, qeyri-ərzaq malları üzrə 105,2 faiz və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 113,7 faiz təşkil etmişdir.

İlkin hesablamalara görə 2022-ci ilin yanvar-sentyabr aylarında şəhərdə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən           12,4 faiz artaraq 540,1 manat təşkil etmişdir.

İlkin hesablamalara görə 2022-ci ilin yanvar-sentyabr ayları ərzində əhalinin sayı         293 nəfər artaraq 01 oktyabr 2022-ci il tarixinə 106884 nəfər olmuşdur.

Şərhlər bağlıdır.