Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əlilliyi olan şəxslər yaradıcılıq müsabiqəsində bacarıqlarını göstərirlər

Müsabiqəyə on rayondan olan nümayəndələr qatılıb. Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasının təmin etmək, həmçinin onların istedad və qabiliyyətlərini aşkara çıxarmaq məqsədi daşıyan müsabiqə Ü.Hacıbəyli adına 1 saylı musiqi məktəbində baş tutub. Əlilliyi olan şəxslər mahnı, muğam, rəqs, instrumental ifaçılıq, folklor yaradıcılığı, poeziya və bədii qiraət sahəsindəki istedadlarını nümayiş etdiriblər. Yekun turu noyabr ayında gerçəkləşdiriləcək. Qalibləri qiymətli hədiyyələr gözləyir.

Şərhlər bağlıdır.