Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Siyavuş şüşə parçalarından hətta Məkkənin maketini hazırlayır

Siyavuşun 25 yaşı var Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialını tarix-coğrafiya ixtisası üzrə bitirib. Amma öz ixtisası üzrə iş tapa bilməyib. Qardaşı Əliisalamla birlikdə Mingəçevirin İsmət Qayıbov küçəsindəki 1saylı ünvand ayerləşən qapı-pəncərə sexinə işə düzəlib: “Mən qapı-pəncərələrə şüşə salıram. Artıq 3 ildir ki, bu işlə məşğulam. Şüşələrin artıqlarından isə müxtəlif bəzək əşyaları hazırlayıram. Bunu artıq özümə gözəl məşğuliyyət kimi seçmişəm“.
Siyavuş sexdə düzəltdiyi əl işlərini sataraq, ailəsinə çörək pulu aparır. Onun son vaxtlarda şüşədən düzəltdiyi “Məscid”, Güldan”, Gəmi”, ”Akvarium” və başqa əşyalar görənləri heyran edir. Hətta sexdə qənd qabı və kül qabı da onun düzəltdiyi şüşədən ibarətdir.
Müsahibimiz bizimlə söhbətində onu da bildirdi ki,8 mart qadınlar bayramında müştəriləri daha çox olur. Onlar üçün şüşədən bəzək əşyaları hazırlayır: “Hazırda Məkkənin maketi üzərində işləyirəm . Bu işdə həm səbrli, həm də ehtiyatlı olmaq lazımdır. Bir az diqqətsiz olan kimi şüşə əli kəsir”.

Şərhlər bağlıdır.