Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir şəhər Texniki və Humanitar Liseyin 5 komadası “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022” finalına vəsiqə qazanıb

Beynəlxalq STEAM Azərbaycan Festivalında Mingəçevir Texniki Humanitar  Liseyinin (THL) 5 komandası finala vəsiqə qazanıb!
Bildiyimiz kimi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində 5-9 dekabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022” keçiriləcək!
Mingəçevir şəhər Texniki Humanitar Liseyin komandaları seçim turunda ən yüksək nəticələrlə finala vəsiqə qazanıb.
Bu haqda Liseyin direktoru Nailə Məmmədova Mİ-News saytına məlumat verib.
Komandaların hər birinin mentoru ilə həftələrlə gərgin əməklə hazırlaşdığını və yüksək balla finala vəsiqə qazandığını bildirən N. Məmmədova finala vəsiqə qazanan şagirdlərin adlarını açıqlayıb.
1. SURVİVOR. Axtarış və xilasetmə kateqoriyası (15-18 yaş), 295 bal, 15 san.
Komandanın üzvləri Elnur, Osman, Mentor – Məmmədova Nailə
2. SURVİVOR. Axtarış və xilasetmə (10-14 yaş), 295 bal, 47 san
Komandanın üzvləri – Ayxan, Nicat Mentor-Nadirova Nərminə
3. Matatalab(RoboKids), İştirakçılar: Raul, Nəzakət, Hasib
Mentor – Dursunova Gülər
4. VexİQ Robotların mübarizəsi kateqoriyası üzrə (10-14 yaş) RedDawn(29 bal)
komanda üzvləri Quliyev Ayxan və  Hüseyinzadə Yusif  Mentor- Çələbiyeva Mehriban
5. VexİQ Robotların mübarizəsi kateqoriyası üzrə (10-14 yaş) RedDawn(29 bal)
Mentor- Camalova Leyla
Qeyd edək ki, Liseyin direktoru Nailə Məmmədova İnnovativ layihələrdə iştirak edən komandayada böyük ümid bəslədiyini bildirib.

Şərhlər bağlıdır.