Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı

70

2021-ci ilin yanvar-dekabr ayları ərzində şəhərdə iqtisadiyyatın əsas sahələri üzrə faktiki qiymətlərlə 507121,1 min manatlıq, qiymət indeksi tətbiq olunmaqla (2020-ci ilin qiymətlərilə) 485771,2 min manatlıq və ya 4,4 faiz çox məhsul (işlər, xidmətlər) istehsal edilmişdir. Cari ilin yanvar-dekabr ayları ərzində Mingəçevir şəhərində iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı fiziki həcm indeksi tətbiq olunduqdan sonra 94,1 faiz təşkil etmişdir.

Hesabat dövründə şəhərdə faktiki qiymətlərlə məhsul buraxılışının (işlər, xidmətlər) 68,59 faizi sənayenin, 24,93 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 4,45 faizi tikintinin, 1,23 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,48 faizi informasiya və rabitə sahələrinin, 0,32 faizi isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin, payına düşmüşdür.

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksləri cədvəldəki kimi xarakterizə olunur.

2021

yanvar-dekabr

(faktiki qiymətlərlə),

min manatla

2020

yanvar-dekabr

(faktiki qiymətlərlə),

min manatla

Qiymət indeksi 2021-ci il

2020-ci ilin  qiymətlərilə, min manatla

Fiziki həcm indeksi, faizlə
Sənaye 347833,2 326284,5 103,1% 337378,2 103,4
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 1605,2 1519,2 104,2% 1540,4 101,4
Tikinti 22548,9 71031,9 100,0% 22548,9 31,7
Nəqliyyat və anbar təsərrüfatı 6253,0 3352,3 106,7% 5860,4 174,8
İnformasiya və rabitə 2431,6 1370,8 100,0% 2431,6 177,4
Ticarət; nəqliyyat vasitələrinin təmiri 126449,2 112523,6 109,0% 116011,8 103,1
YEKUN: 507121,1 516082,3 104,4% 485771,2 94,1

Şərhlər bağlıdır.