Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Sənaye müəssisələri tərəfindən ilkin hesablamalara görə 2021-ci ilin yanvar-dekabr aylarında faktiki qiymətlərlə 347833,2 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 12,4 faizi emal sektorunda, 86,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Tikinti müəssisələri tərəfindən ilkin hesablamalara görə 2021-ci ilin yanvar-dekabr  ayları ərzində şəhərdə 215 fərdi yaşayış evi tikilib, 24122,8 min manatlıq əsas fondlar istifadəyə verilmişdir.

Şəhərdə əsas kapitala cəmi 36419,6 min manat investisiya yönəldilmişdir ki, bunun da 22548,9 min manatı tikinti-quraşdırma işləridir.

2021-ci ilin yanvar-dekabr ayları ərzində kənd təsərrüfatı heyvandarlıq məhsullarının istehsalı üzrə 66,9 ton ət (diri çəkidə) kəsilmiş, 1190,2 ton süd (fiziki çəkidə) sağılmış, 156,0 min ədəd yumurta və 5,6 ton yun (fiziki çəkidə) istehsal edilmişdir.

Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-dekabr aylarında 502,0 min ton yük və 20414,0 min sərnişin daşınmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınması 1,0 faiz artmış, sərnişin daşınması isə 1,2 faiz artmışdır.

İnformasiya və rabitə müəssisələri 2021-ci ilin yanvar-dekabr aylarında 2431,6 min manatlıq xidmət göstərmişdir ki, onun da 55,2 faizi və ya 1343,4 min manatı əhali sektoruna aid olmuşdur. 2020-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 77,4 faiz və ya 1060,8 min manat artmışdır.

2021-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə    384344,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 55670,8 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 10,0 faiz, ödənişli xidmətlərin həcmi isə 11,0 faiz artmış, ticarət şəbəkəsindən 250447,4 min manatlıq ərzaq məhsulları, 133896,6 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.

2021-ci ilin yanvar-dekabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 107,1 faiz, o cümlədən ərzaq məhsulları, içki və tütün məmulatları üzrə 109,1 faiz, qeyri-ərzaq malları üzrə 103,2 faiz və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 107,2 faiz təşkil etmişdir.

2021-ci ilin yanvar-dekabr aylarında şəhərdə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 4,8 faiz artaraq 482,7 manat təşkil etmişdir.

2021-ci ilin yanvar-dekabr ayları ərzində əhalinin sayı 161 nəfər artaraq 01 yanvar 2022-ci il tarixinə 106591 nəfər olmuşdur.

Şərhlər bağlıdır.