CəmiyyətMingəçevir

İlham İsmayılov : “Şəhərdə abadlaşmayan məhəllə qalmayacaq”

Gələn aydan Mingəçevirdə Sənaye Parkının ikinci növbəsinin tikintisinə başlanılacaq

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyar görüşünü keçirib. Bu dəfə 127-ci məhəllənin sakinləri 1 nömrəli orta  məktəbin akt zalında toplaşıblar. Görüşdə Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.

İcra Hakimiyyəti başçısı bu günə qədər şəhərdə keçirilən səyyar görüşlərin nəticələri ilə bağlı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında sakinlərlə mütəmadi olaraq görüşlər keçirilir, onları narahat edən məsələlər dinlənilir və araşdırılaraq aidiyyatı qurumlar vasitəsi ilə həll edilir. Başçı qeyd edib ki, bütün görüşlər video kamera ilə çəkilərək, Prezident Administrasiyasına göndərilir.

İlham İsmayılov əminliklə bildirib ki, Mingəçevirdə həlli vacib məsələlər öz həllini tapacaq, abadlıq-quruculuq işləri davamlı aparılacaq, şəhərdə abadlaşmayan məhəllə qalmayacaq: “Mingəçevirliləri ən çox iş yerinin az olması narahat edir. Şəhərdə Sənaye Parkı istifadəyə verilib və orada 700 mingəçevirli işlə təmin olunub. Gələn aydan Mingəçevirdə Sənaye Parkının ikinci növbəsinin tikintisinə başlanılacaq və burada 165 nəfər mingəçevirli işlə təmin olunacaq”.

Sakinlər bildiriblər ki, şəhərdə yaşıllığın suvarılmasında çətinlik, ömrünü başa vurmuş ağacların yaratdığı təhlükə, kanalizasiya sistemindəki nasazlıq və digər məsələlər onları çox narahat edir. Başçı bu problemlərin də  öz həllini tapacağını vurğulayıb.

Tag
Daha çox

Oxşar yazılar

Close